“Qarabağ”: 672 gün və 659 dəqiqə

“Qarabağ”: 672 gün və 659 dəqiqə

Azərbaycan çempionu “Qarabağ” üçün Topaz Premyer Liqasının VI turu uğurlu alınıb. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi “Simurq”la ev oyununda uğursuz seriyanı qırıb. 

Belə ki, son 6 matçda rəqibinə qalib gələ bilməyən, hətta qol sevinci də yaşamayan Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə 3 xal əldə edib. 2012-ci il noyabrın 18-də öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 672 gündən sonra rəqibini məğlub edə bilib. Həmin matçın 35-ci dəqiqəsində avtoqola üzülən Elçin Süleymanovdan sonra 659 dəqiqəlik qol həsrəti yaşayan “Qarabağ” bu dəfə Vüqar Nadirovla “Simurq”u məyus edib. O, 64-cü dəqiqədə görüşün taleyini həll edən qola imza atıb.

pfl.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər