"Qarabağ" 5 illik həsrətə son qoydu

"Qarabağ" 5 illik həsrətə son qoydu

“Qarabağ” komandası beş ildən sonra avrokubokların qrup mərhələsində ev oyununda qələbə qazanıb. 

Fanat.Az xəbər verir ki, “köhlən atlar” buna Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Qazaxıstan “Kayrat”ına qalib gəlməklə (2:1) nail olub. Qurban Qurbanovun komandası bunu öz meydanındakı 15-ci matçında bacarıb.   “Qarabağ” sonuncu dəfə doğma meydanda 2016/17 mövsümündə, Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etmişdi. Həmin oyun 2016-cı il oktyabrın 20-də baş tutmuşdu.   Yeri gəlmişkən, “Qarabağ” bu qələbə sayəsində cari mövsümdə bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb. Bunların 9-u avrokubok, 7-si çempionat matçıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər