“Qarabağ”: 3 qolla 2 rekord

“Qarabağ”: 3 qolla 2 rekord

“Qarabağ” mövsümdə 8-ci dəfə böyükhesablı qələbə qazanıb. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XXVII turunda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri 1992, 1993 və 2003/04 mövsümlərindəki rekordunu təkrarlayıb. 

Belə ki, Ağdam təmsilçisi tarixində ən yaxşı halda mövsümdə 8 böyükhesablı qələbə qazanmışdı. 10 ildən sonra “Qarabağ” həmin rekordunu təkrarlayıb. Azərbaycan rekordu isə “Neftçi”yə məxsusdu. Bakılılar 1992-ci ildə 14 belə qələbə qazanıb.

2-ci turda “Sumqayıt”ı 5:1, 9-11-ci turlarda “Bakı”, “Sumqayıt” və “Xəzər Lənkəran”ı eyni - 3:0 hesabı ilə məğlub edən ağdamlılar bu dəfə ardıcıl 4 oyunda darmadağınla qalib gəlib. “Neftçi”ni 4:1, “Bakı”nı 4:0, “İnter”lə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl böyükhesablı qələbələr üzrə öz rekordunu təkrarlayıb. 2003/04 mövsümündə Şahin Diniyevin baş məşqçisi olduğu komanda ardıcıl 4 oyunda böyükhesablı nəticə ilə 3 xal qazanmışdı. Həmin vaxt startdakı 4 oyunda “Şahdağ-Samur” (17.05.2003) 5:0, “Bakılı” (25.05.2003) 4:0, MOİK (31.05.2003) 3:0, “Xəzər” (Sumqayıt, 04.06.2003) 5:2 hesabı ilə məğlub edilmişdi.

Ardıcıl böyükhesablı qələbələrdə də Azərbaycan rekordu “Neftçi”yə məxsusdu. Paytaxt təmsilçisi 1996/97 mövsümündə ardıcıl 5 oyunda rəqiblərini 3 və ya daha çox top fərqi ilə məğlub edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər