"Qarabağ" 10, "Neftçi" 4 pillə irəlilədi

"Qarabağ" 10, "Neftçi" 4 pillə irəlilədi
"Football World Rankings” portalı dünyanın ən yaxşı klublarının yeni reytinq cədvəlini yeniləyib.
Fanat.Az xəbər verir ki, 1000 klubun yer aldığı siyahıda Azərbaycanın iki təmsilçisinin – "Qarabağ” və "Neftçi”nin adı var.
Ağdam klubu 10 pillə irəliləyərək 1054 xalla 599-cu pillədə mövqe tutub. 818 xalı olan "Neftçi" isə  678-ci pillədən 674-cü yerə qalxıb.
Siyahıya UEFA Çempionlar Liqasının sonuncu qalibi "Liverpul” (İngiltərə) başçılıq edir. "Flamenqo” (Braziliya) ikinci, "Barselona” üçüncü pillədə qərarlaşıb.
Fanat.Az
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər