Müqavilə ilə "Qalatasaray"a məxsus olan, hazırda icarə əsasında "Aston Villa"nın formasının geyinən Nikolo Dzanyolo karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Canluka di Martsio yayıb.
Xəbərə görə, onun xidmətində "Napoli" maraqlıdır. Mənbə Neapol təmsilçisinin idman direktoru Covanni Mannanın 24 yaşlı Dzanyolonun oyun üslubunu çox bəyəndiyini və daha öncə "Yuventus"da işləyərkən sözügedən yarımmüdafiəçini Turin klubuna aparmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 34 matça çıxan Dzanyolo 3 qol vurub. Onun "Qalatasaray" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat