Arda Turan "Qalatasaray"a qayıtmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, qışda transferi klub rəhbərliyinin istəməməsi səbəbindən baş tutmayan futbolçu ilə bağlı müsbət qərar verilib. Prezident Mustafa Çingiz və baş məşqçi Fatih Terimlə görüşən Ardanın dönüşünə qərar verilib.
"Barselona" ilə müqaviləsi iyulun 1-də başa çatan 33 yaşlı tezliklə rəsmi müqaviləyə imza atacaq. Arda "Qalatasaray"da 66 nömrəli formanı geyinəcək.
Yetirməsi olduğu klubda uzun illər qalmaq istəyən Arda karyerasını bitirdikdən sonra Fatih Terimin köməkçisi olacaq.
Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya 13 milyon avroya transfer olunmuşdu.
Fanat.Az