"Qalatasaray" "Real Madrid"in 63 milyon avroluq ulduzunu transfer edir

"Qalatasaray" "Real Madrid"in 63 milyon avroluq ulduzunu transfer edir

“Real Madrid”in futbolçusu Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, 63 milyon avroya transfer olunan, lakin ümidləri doğrultmayan serbiyalı hücumçu “Qalatasaray”ın hədəfindədi. Qış transfer pəncərəsində hücumçu almağı planlaşdıran İstanbul klubu Lukanı heyətinə qatmaq niyyətindədi. 23 yaşlı forvard artıq instaqramda da “Qalatasaray”ın səhifəsini izləməyə başlayıb.

Qeyd edək ki, Serbiyanın "Srvena Zvezda" və Portuqaliyanın "Benfika" klublarında çıxış etmiş Yoviç 2019-cu ildə Frankfurt "Ayntraxt"ından "Real Maddid"ə keçib. Cari mövsüm La Liqada 71 (6 oyun), Çempionlar Liqasında 35 (2 oyun) dəqiqə şans qazanan futbolçu qola həsrətdi. "Transfermarkt" hazırda ona 20 milyon avro qiymət qoyub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər