"Qalatasaray" Arda Turanla yeni müqavilə imzalayacaq

"Qalatasaray" Arda Turanla yeni müqavilə imzalayacaq
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Arda Turanla müqavilənin müddətini uzadacaq.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə anlaşıb.
"Sarı-qırmızılar" təcrübəli oyunçuya 1+1 illik sözləşmə təklif edib. Müqavilənin tezliklə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turan 2020-ci ilin yayında İstanbul təmsilçisinə qayıdıb. O, karyerası ərzində İspaniyanın "Atletiko" (Madrid) və "Barselona" kimi klubların formasını geyinib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər