Türkiyənin "Qalatasaray" klubu sabiq futbolçusu Arda Turan üçün vida matçı keçirəcək.
Fanat.Az xəbər verir ki, bunu "sarı-qırmızlar"ın vitse-prezidenti Erden Timur klubun rəsmi "Youtube" kanalına açıqlamasında deyib:
"Arda Türkiyənin ən titullu futbolçusudur. Bizim yetirməmizdir, İspaniyada "Atletiko Madrid" və "Barselona" kimi komandalarda oynayıb. Çox önəmli oyunçudur. Belə futbolçuları unutmamaq, onlara dəyər vermək əsas məqsədimizdir".
Qeyd edək ki, Arda Turan sentyabrın 12-də karyerasını başa vurduğunu açıqlayıb. O, Türkiyədə "Manisaspor" və "Başakşehir"də də çıxış edib.