"Mançester Siti” Braziliya millisinin üzvü Qabriel Jezusla müqavilənin müddətini uzadıb.
FanatAz xəbər verir ki, 21 yaşlı hücumçu İngiltərə klubu ilə 2023-cü ilin yayına qədər anlaşma imzalayıb
Qeyd edək ki, Jezusun əvvəlki müqaviləsi 2021-ci ilin iyun ayınadək idi. Forvard 2016-cı ilin avqustunda Braziliyanın "Palmeyras” klubundan 32 milyon avroya "Mançester Siti"yə transfer olunub. O, ötən mövsüm forma geyindiyi 42 rəsmi matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az