PSJ rusiyalı yarımmüdafiəçi üçün hərəkətə keçdi

PSJ rusiyalı yarımmüdafiəçi üçün hərəkətə keçdi

Fransa nəhəngi PSJ Avropanın bir çox klubunun radarında olan gənc istedadın transferində ciddi üstünlük əldə edib.

Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Paris klubu Moskva "Lokomotiv"inin hücumameyilli yarımmüdafiəçisi Aleksey Batrakovun transferində yarışa liderlik edir.

Bir neçə klubun skautları tərəfindən yaxından izlənilən 20 yaşlı rusiyalı futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında meydana çıxdığı 28 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə diqqətçəkən bir performans sərgiləyib.

Hücum xəttini gənc və dinamik oyunçularla gücləndirmək istəyən PSJ, bu keçidi qısa müddətdə rəsmiləşdirmək niyyətindədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər