"Mançester Yunayted"in dayaq yarımmüdafiəçisi Pol Poqba karyerasını PSJ-də davam etdirə bilər.
Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, 11 aydan sonra azad agent statusu daşıyacaq ulduz futbolçunun "Real Madrid"ə üz tutacağı gözlənilsə də, Paris klubunun təklifi böyük ehtimalla, vəziyyəti dəyişəcək.
Belə ki, avqustun 10-da Lionel Messini heyətinə qatan Fransa təmsilçisi Poqbaya həftəlik 600 min avro əməkhaqqı ödəməyə hazırdır.
Qeyd edək ki, PSJ "Liverpul"un lideri Corcinyo Veynalduma da yüksək maaş təklif edərək onun "Barselona"ya keçidini əngəlləmiş, onu azad agent qismində rənglərinə bağlamışdı.
Nihat