PSJ onun üçün 100 milyon ödəyəcək?

PSJ onun üçün 100 milyon ödəyəcək?

Fransa nəhəngi PSJ gənc istedadların transferi istiqamətində növbəti böyük addımını atmağa hazırlaşır.

Fanat.Az "FootMercato" nəşrinə istinadən xəbər verir ki, Paris klubu "Bornmut"un gənc ulduzu Eli Junior Krupini heyətinə qatmaq üçün mübarizədə rəqiblərini qabaqlayaraq favorit statusuna yüksəlib.

"Arsenal"ın da yaxından maraqlandığı hücumameyilli futbolçu, London klubunun deyil, məhz PSJ-nin təklifini üstün tutaraq Parisə köçmək niyyətindədir.

İngiltərə təmsilçisi "Bornmut" isə gənc hücumçunun satışında tələsmir və yüksək qiymətləndirilən oyunçusu üçün düz 100 milyon avro civarında transfer haqqı tələb edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər