PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

Fransa nəhəngi PSJ bu yay hücum xəttini yeni qoleadorla gücləndirmək niyyətindədir.

Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin əsas transfer hədəfi Dortmund "Borussiya"sının forvardı Seru Girassidir.

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

Məlumata görə, baş məşqçi Luis Enrike sözügedən oyunçunun heyətə qatılmasında israrlıdır. Mənbə PSJ-nin bir neçə Avropa nəhənginin elçi düşdüyü qvineyalının transferi üçün böyük məbləğ xərcləməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, cari mövsüm "arılar"ın forması ilə bütün turnirlərdə 44 matça çıxan Girassi 33 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən ilin yayından "Borussiya"da çıxış edir.    Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər