PSJ Münhendə tarix yazdı: Paris təmsilçisi Çempionlar Liqasının finalında

PSJ Münhendə tarix yazdı: Paris təmsilçisi Çempionlar Liqasının finalında

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün ikinci finalçının adı bəlli olub. 

Həlledici oyuna vəsiqə qazanan növbəti komandanın adına Almaniyada aydınlıq gəlib. "Bayern" ÇL-in son qalibi PSJ ilə üz-üzə gəlib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər. Ümumi hesabda üstün olan parislilər finala adlayıblar

Qeyd edək ki, bu PSJ finalda "Arsenal" ilə üz-üzə gələcək. Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

UEFA Çempionlar Liqası Yarımfinal, cavab oyunu 6 may

"Bayern Münhen" (Almaniya) – PSJ (Fransa) 1:1

Qol: H.Keyn, 90+4. - O.Dembele, 3. (İlk oyun - 4:5)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər