PSJ Morqan Rocers üçün 80 milyon funt ödəməyə hazırdır

PSJ Morqan Rocers üçün 80 milyon funt ödəməyə hazırdır

"Aston Villa"nın parlayan ulduzu Morqan Rocers yay transfer pəncərəsi öncəsi Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, Parisin "Pari Sen-Jermen" klubu 23 yaşlı hücumameyilli oyunçu üçün ciddi mübarizəyə qoşulub.

"TalkSPORT"un xəbərinə görə, gənc futbolçu Luis Enrike ilə işləmək perspektivinə görə Fransaya köçməyə müsbət yanaşır.

Hazırda futbolçu üçün "Arsenal", "Mançester Yunayted" və "Çelsi" kimi klublar da yarışsa da, Paris təmsilçisi bu yarışda daha iddialı görünür. Bu mövsüm 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalan Rocers üçün "Aston Villa" minimum 80 milyon funt-sterlinq tələb edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər