PSJ-dən "Real Madrid"ə sərt cavab

PSJ-dən "Real Madrid"ə sərt cavab

PSJ rəhbərliyi iki ulduz yarımmüdafiəçisinin transferinə icazə verməyəcəyini bəyan edib.

Fanat.Az Fabritsio Romanoya istinadən xəbər verir ki, Paris klubu "Real Madrid"ə Vitinya və Joau Neveşin satılmayacağını qəti şəkildə bildirib.

Fransa çempionu hər iki portuqaliyalı futbolçunu baş məşqçi Luis Enrikenin uzunmüddətli planlarının əsas parçası hesab edir.

Madrid klubunun ciddi marağına baxmayaraq, oyunçuların karyeralarını Parisdə davam etdirəcəyi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər