PSJ bu qapıçını 40 milyona alır

PSJ bu qapıçını 40 milyona alır

PSJ-nin transfer edəcəyi qapıçının kimliyi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə Fransa nəhənginin "Lill"in qolkiperi Lyuka Şevalyeni heyətə qatacağını vurğulayıb. Məlumata görə, paytaxt təmsilçisi 23 yaşlı "çərçivə" qoruyucusunu 40 milyon avroya alacaq. Şevalyenin tibbi müayinədən keçəndən sonra 5 illik müqaviləyə imza atacağı bildirilib.

Qeyd edək ki, Lyuka Liqa 1-də 34, Çempionlar Liqasında 10 oyun keçirib.

PSJ bu qapıçını 40 milyona alır

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər