Prosineçki "Qarabağ"dan danışdı

Prosineçki "Qarabağ"dan danışdı
"Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi". Fanat.az xəbər verir ki, bu sözləri "Sent-Etyen" - "Qarabağ" oyununu canlı izləyən milli komandamızın baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki deyib.
Xorvat mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasının XIV turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər