"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Çexiya "Viktoriya"sına (Plzen) 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
Fanat.Az xəbər verir ki, matçdan sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov sosial şəbəkədə oyunla bağlı fikirlərini yazıb:
“Doğma Qarabağımızın yadigarı "Qarabağ" futbol klubunu növbəti dəfə Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə ürəkdən təbrik edir və bu sevinci bizə yaşatdığı üçün ona təşəkkür edirik!”.