"Real Madrid"in prezidenti Florentino Peres paytaxt klubun əfsanələrini - hücumçu Raul Qonsales və qapıçı İker Kasilyası fırıldaqçı adlandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumat yayan "El Confidencial" ələ keçirdiyi səs yazısının 2006-cı ilə aid olduğunu açıqlayıb:
"Kasilyas "Real" səviyyəsində qapıçı deyil. O, heç vaxt bu komandadakı yerini haqq etməyib. Sadəcə, tərəfdarları ona güclü dəstək verir... Nə deyim, "Real" tarixinin iki baş fırıldaqçısı var. Biri İkerdir, o biri isə Raul. İkisi də eqoist futbolçulardır. Onlara qətiyyən güvənmək olmaz".
Nihat