Premyer Liqa klubları "Arsenal"dan şikayət etdilər

Premyer Liqa klubları "Arsenal"dan şikayət etdilər

İngiltərədə yeni qalmaqal yaşanır. 

Bir neçə Premyer Liqa klubu "kobud oyun texnikasından istifadə etdiyi" üçün "Arsenal"dan müvafiq quruma şikayət ünvanlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Skysports" yayıb.

Xəbərə görə, “topçular” cari mövsümdə tez-tez oyun yubatmaqda günahlandırılır. Son misal kimi “Arsenal” – “Mançester Siti” (2:2) oyunu göstərilib. 

“Arsenal”ın davranışları və hakimlərin buna göz yumması ilə bağlı şikayətə PGMOL-da baxılacaq. Bu qurum Premyer Liqada hakimliyə cavabdehdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər