Platini "Qarabağ"ı didərgin saldı

Platini "Qarabağ"ı didərgin saldı
"Qarabağ"ın Tofiq Bəhramov adına Respublika stadionuna qayıdışı Premyer Liqanın VII turunda reallaşmayacaq. Fanat.az xəbər verir ki, ötən gün "Simurq"la matçın mərkəzi arenada keçiriləcəyi açıqlansa da, bu baş verməyəcək.
Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, qarşılaşma qarşılaşma "Dalğa Arena"da keçiriləcək. Buna səbəb UEFA prezidenti Mişel Platininin Azərbaycana səfəri olub. Avropa futbol qurumunun rəhbəri sentyabrın 21-də AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək. O, həmin gün "Qarabağ" - "Simurq" oyununu da izləyəcək.
Sentyabrın 21-də baş tutacaq "İnter" - "Bakı" oyununun isə başlama vaxtı dəyişdirilib. Qarşılaşma 30 dəqiqə tez - saat 17.00-da başlayacaq.
Əvəzedici heyətlərin çempionatında isə "Qarabağ" - "Simurq" oyunu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionun Zirə stadionuna, "Neftçi" - "Sumqayıt" oyunu Mehdi Hüseynzadə adına Subaqayıt şəhər stadionundan "Bakcell Arena"ya keçirilib. Sonuncu qarşılaşmanın vaxtı da dəyişdirilib. Belə ki, "Neftçi" - "Sumqayıt" matçı bir gün əvvəl - ayın 20-də keçiriləcək.
Əvəzedici heyətlər
20 sentyabr
Qarabağ - Simurq
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.
Neftçi - Sumqayıt
"Bayıl Arena". Saat 17.00.
Topaz Premyer Liqası 
21 sentyabr
Qarabağ - Simurq
"Dalğa Arena". Saat 19.30.
İnter - Bakı
"Şəfa" stadionu. Saat 17.00.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər