Platini "Qarabağ"a "qəbir qazır"

Platini "Qarabağ"a "qəbir qazır"

"Qarabağ" - "Dnepr" qarşılaşmasının polşalı hakimlər briqadasına həvalə olunması UEFA-nın Ukrayna təmsilçisinə əl uzatması anlamına gəlir. Ukrayna və Polşanın nə qədər yaxın ölkələr olduğunu bilmək üçün elmi dərəcəyə sahib olmağa ehtiyac yoxdu. Avropa çempionatı 2012-yə birgə ev sahibliyi etmələri bu iki ölkənin siyasi arenada da müttəfiq olduqlarını aşkar şəkildə ortaya qoyur.

Maraqlıdı ki, ixtisasca iqtisadçı olan qarşılaşmanın baş hakimi Pavel Gil Ukrayna klublarının iştirakı ilə indiyədək idarə etdiyi heç bir görüşdə "qardaşlarının" məğlubiyyətini qeydə almayıb. Statistikaya diqqət yetirək: 

1) "Metallist" Buxarest "Dinamo"sunu 2:0 hesabı ilə məğlub edib.

2) "Şaxtyor" "Nordşelland"ı 2:0 hesabı ilə məğlub edib

3) "Zarya" "Feyenord"la 1:1 heç-heçə oynayıb

Polşalı referi Ukrayna yığmasının da üzünü ağ edib. Nigerlə görüş 2:1 hesabı ilə başa çatıb.

Göründüyü kimi Gilin fiti heç vaxt ukraynalılara qarşı səslənməyib. Maraqlıdır, bəs nəyə görə UEFA belə bir qərar qəbul edib? Bir halda ki, Azərbaycanda oturub bu polşalının dosyesini biz görə biliriksə, Avropanın ali qurumunda yer alanların bundan bixəbər olması mümkün deyil. Deməli, "qazıntı işlərimizi" davam etdirib, həqiqəti üzə çıxarmalıyıq.

Bunun üçün qrupumuzda yer alan digər klublara nəzər yetirməyə zərurət yaranır. İtaliya "İnter"i ilə vəziyyət gün kimi aydındı. Çünki Milan təmsilçisi de-fakto qrupda 1-ci yeri təmin edib. 

Digər rəqibimiz isə Fransanın "Sent-Etyen" klubudu. Gəldik çatdıq mətləbin ürəyinə. Axı UEFA prezidenti Mişel Platini də fransalıdı. Həmyerliləri isə 2-ci yer uğrunda mübarizədə Azərbaycan çempionunun əsas rəqibidi. Deməli, Platini "ilanı Seyiəhməd əli ilə" tutur. Axı həmyerlilərinə kömək etmək üçün bu, ən münasib variantdı. Axı "Qarabağ" "Dnepr"dən 2 baş üstün komanda deyil və istənilən "incə hakim səhfi" təmsilçimizin məğlubiyyətinə rəvac verə bilər. 

Bu, həm həyəcan təbilidi, həm də ağdamlılara xəbərdarlıqdı. "Qarabağ"ın əlində heç bir sübut yoxdu. Biz - jurnalistlər statistikaya söykənən müxtəlif faktları və mülahizələri irəli sürə bilərik. Aydın məsələdir ki, "Qarabağ" rəsmi şəkildə nə Platinini, nə də polşalı referini günahlandıra bilməz. Lakin Qurban Qurbanov yetirmələrini hakim qərəzi ilə üzləşəcəkləri barədə ciddi şəkildə məlumatlandırmalıdı. Bu, xüsusilə müdafiə xəttinin futbolçularına şamil edilməlidi. Çünki cərimə meydançamızda istənilən mübahisəli epizod polşalı tərəfindən penalti kimi dəyərləndiriləcək.

Eyni sözləri Azərbaycan çempionunun aparıcı futboloçularına da şamil edərdik. Çünki "Qarabağ"ın "düşünən beyni", "vuran ayağı"nı "kəsməklə" Gil Dnepropetrovsk təmsilçisini qələbəyə bir addım yaxınlaşdıra bilər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər