Pivarnik "Qarabağ"ın Bakıda oynamasına təəccüblənib

Pivarnik "Qarabağ"ın Bakıda oynamasına təəccüblənib

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Qarabağ"ın qonağı olacaq "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, slovakiyalı qarşılaşma ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

- İlk oyunda qeydə alınan 0:0 hesablı nəticə "Qarabağ"ın müdafiə xəttinin güclü olmasından irəli gəlir, yoxsa hücumçularınızın bacarıqsız olmasından?

- "Qarabağ" kombinassiyalı komandadı. Biz onları təzyiqdə saxladığımız üçün müdafiə olunmağa məcbur qaldılar. Bunun nəticəsində də qol vura bilmədik. 

- Sabah kim qalib gələcək, yaxşı müdafiə olunan, yoxsa hücum edən?

- Hər iki komandaya 0:0 hesabı sərf etmir. Çünki məcbur qalıb penaltilərə qədər gedə bilərik. Bunu ikimiz də istəmirik. Məcburuq ki, qol vuraq. Fikrimcə, şanslar bərabərdi.

- Çexiya çempionatına start verilib. Artıq ilk turda rəqibi məğlub etməyi bacarmısız. Buna görə komandada yorğunluq varmı?

- Çempionatda 2 və 6-cı günlər oyunlar olur. İki fərqli heyətə mübarizə aparırıq. Buna görə də yorğunluq olduğunu düşünmürəm.

- İki il öncə "Qarabağ" məhz çex hakim Miroslav Zelinkanın haqsız qərarı ilə Avropa Liqasından kənarda qaldı. Bununla bağlı nə deyə bilərsiz?

- Bundan xəbərim yoxdu. Çünki bu barədə Çexiya mətbuatında xəbərlər yer almamışdı.

- Penaltilər seriyasına xüsusi olaraq hazırlaşmısız?

- İnanıram ki, buna ehtiyac olmayacaq.

- Azərbaycan üçün "Qarabağ" adının necə mühüm olduğunu bilirsiz?

- Mən hər bir konfliktə qarşıyam. Ümid edirəm ki, bu konflikt tezliklə həll olunacaq. "Qarabağ"ın Bakıda oynaması bizə də təəccüblü gəldi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər