Pedri "Real Madrid"ə acıq verdi: "Onlar yanıldılar"

Pedri "Real Madrid"ə acıq verdi: "Onlar yanıldılar"

"Barselona"nın gənc futbolçusu Pedri "Las Palmas" klubundakı çıxışı və "Real Madrid" akademiyasında yoxlanışda olduğu vaxtlardan danışıb.

Fanat.Az ESPN nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu "Kral klubu" ilə bağlı elə də yaxşı xatirələrinin olmadığını dilə gətirib: 

"Las Palmas" olmasaydı, mən heç vaxt bu səviyyəyə çatmazdım. Soyuqda məşq edərək bir həftə "Real Madrid"də yoxlanışda oldum. Ümumiyyətlə, "Real Madrid"lə bağlı yaxşı xatirələrim yoxdur. Orda hamı mənə mənfi təsir edirdi. “Real Madrid”in məşqçiləri mənə dedilər ki, bu klubun səviyyəsinə çatmamışam və özümü nisbətən ortabab komandalarda sınamalıyam. Amma zaman göstərdi ki, onlar yanılıblar və hazırda dünyanın ən zəngin tarixə sahib klublarından birində oynayıram". 

Xatırladaq ki, "France Football" nəşrinin təsis etdiyi 2021-ci ilin ən yaxşı gənc futbolçusu nominasiyası üzrə qalib məhz Pedri olub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər