Patrik Vieyra "Arsenal"a belə məsləhət verdi

Patrik Vieyra "Arsenal"a belə məsləhət verdi

London "Arsenal"ının sabiq yarımmüdafiəçisi Patrik Vieyra "topçular"ın növbəti mövsüm "Mançester Siti" ilə çemouinluq uğrunda daha yaxşı rəqabət apara bilmək üçün nə etməli olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:

"Ötənmövsümkü "Arsenal"ın cari "futbol ili"ndə "Mançester Siti" ilə kəllə-kəlləyə gələcəyini heç kim inanmazdı. Əlbəttə, məyusdurlar. Çünki titul qazanmağa çox yaxın idilər. Onlar nə çatmadığını anlamalıdırlar. Hə, onlar bu gün titul şansını qaçıra bilərlər. Ancaq söhbət daha güclü komanda formalaşdırmaqdan gedirsə, bütün mövsümü təhlil etməlidirlər. Bu, yeni təcrübədir. "Arsenal"ın son 10 oyununda futbolçular yeni təzyiq səviyyəsi ilə tanış oldular. Onlar bundan dərs çıxaracaq və növbəti mövsümdə daha güclü olacaqlar. "Arsenal" iki yeni futbolçu gətirməlidir. Meydanın mərkəzində güclü oyunçuların sayı artırılmalı, ön xətdə isə qoleador tapılmalıdır. Bunu edə bilsələr, yəni start "11-lik"də iki yeni ad görsək, "Mançester Siti"yə bir addım da yaxınlaşacaqlar". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər