Paro "Turan Tovuz"a qarşı oynayacaqmı?

Paro "Turan Tovuz"a qarşı oynayacaqmı?

Misli Premyer Liqasının 5-ci turunda "Turan Tovuz"u qəbul edəcək "Araz-Naxçıvan"ın heyəti ilə bağlı son durum məlum olub.

Naxçıvan təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, heyətdə cəzalı futbolçu yoxdur.

Ötən tur "Qarabağ"la oyunda zədələnərək əvəzlənən müdafiəçi İssuf Paroya gəlincə, burkina fasolu legioner kollektiv məşqlərdə iştirak edir. Onun meydana çıxıb-çıxmayacağı oyun günü dəqiqləşəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Turan Tovuz" matçı sentyabrın 13-də keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti 16:30-da səsləndiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər