Milinko Pantiç "Qarabağ"la oyunla (0:4) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi
"Qarabağ" yaxşı oyun sərgilədi və layiqli qələbə qazandı. Onlar bu il çempion olacaqlar. Komandanı indidən bu münasibətlə təbrik edirəm. Hələ yayda komandayla toplanışda olanda mənə demişdilər ki, "Qarabağ" güclüdü, bu mövsüm çempion olacaq. “Qarabağ”ın çox keyfiyyətli oyunçuları var. Bəzi oyunçuları daha güclü çempionatlarda oynamağa layiqdir. Yaratdıqları 5-6 qol epizodundan 4-nü qola çevirdilər. Biz isə yaratdığımız epizodardan yararlana bilmədik. Avroliqada iştirak etmək üçün sona kimi mübarizə aparacağıq”.
Fanat.az