Ouen "Mançester Siti"nin fanatlarını "sancdı"

Ouen "Mançester Siti"nin fanatlarını "sancdı"

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen İngiltərə Premyer Liqasının (İPL) 18-ci turunda öz meydanında "Everton"la heç-heçə edən (1:1) "Mançester Siti"nin azarkeşlərini qınayıb.

Fanat.Az xəbər verir ki, veteran ulduz şəxsi "X" hesabında belə yazıb:

"Oho! "Man Siti"nin fanatları matçın sonlarında komandalarını fitə basırlar. İllərdir dünyanın gördüyü ən yaxşı futbolla diqqət çəkən, inanılmaz uğurlar qazanan komanda azarkeşlərinə çox ehtiyacı olduğu vaxtda belə münasibətlə qarşılaşır..."

Xatırladaq ki, cari mövsüm iddialarından uzaq düşən MS hazırda İPL-in turnir cədvəlində 7-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər