İngiltərə Premyer Liqa klubu "Mançester Siti"nin portuqaliyalı futbolçusu Joao Kanselo evinə soxulan oğruların hücumuna məruz qalıb.
Fanat.Az xəbər verir ki, Kanselo hücum nəticəsində məruz qaldığı döyülmə izlərini göstərmək üçün "İnstagram" hesabında fotosunu paylaşıb.

Futbolçu oğruların 4 nəfər olduğunu bildirib: "Təəssüf ki, bu gün mənə və ailəmə zərər vermək istəyən 4 qorxaq tərəfindən hücuma məruz qaldım. Müqavimət göstərməyə çalışdım. Bütün zinət əşyalarımızı oğurladılar. Özümə belə xəsarət yetirdilər. Mənim üçün ən önəmlisi ailəmdir və şükürlər olsun ki, onların hamısı yaxşıdır. Bu, həyatımda öhdəsindən gəlməli olduğum çoxsaylı çətinliklərdən yalnız biridir".
UEFA Çempionlar Liqasında qrupu lider kimi başa vuran Premyer Liqanın zirvəsində olan "Mançester Siti"nin çıxışında mühüm rol oynayan Kanselo bu mövsüm 26 matçda meydana çıxıb və 3 qol vurub.