Orteqa "Mançester Siti"yə "yox" deyir - SƏBƏB

Orteqa "Mançester Siti"yə "yox" deyir - SƏBƏB

"Mançester Siti"nin ikinci qapıçısı Ştefan Orteqanın klubdakı gələcəyi sual altındadır.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.

Xəbərə görə, "şəhərlilər"in rəhbərliyi indiki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan almaniyalı qolkiperlə yeni sözləşmə barədə ortaq məxrəcə gələ bilməyib. Mənbə tərəflərin maaş məsələsində razılaşmadıqlarını vurğulayıb. MS-in baş məşqçisi Xosep Qvardiolanın 31 yaşlı Orteqanın komandada saxlanılmasını istədiyi də diqqətə çatdırılıb. 

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 9 matça çıxan Ştefan bunlardan ikisində qapısını toxunulmaz saxlamağı bacarıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər