Onanuqa "Qarabağ"a qarşı oynayacaqmı? - AÇIQLAMA

Onanuqa "Qarabağ"a qarşı oynayacaqmı? - AÇIQLAMA

Misli Premyer Liqasının növbəti turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" oyunun hazırlıqlarını davam etdirir.

Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, komanda tam heyətlə hazırlaşır:

"Cəzalı oyunçumuz yoxdur. Artıq zədəlilər də sıraya dönüb. Ötən tur "Turan Tovuz"a qarşı oynaya bilməyən oyunçular - Şakir Seyidov və Olavale Onanuqa da kollektiv çalışmalara qatılırlar".

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" qarşılaşması noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun 16:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər