"Omoniya"nın baş məşqçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

"Omoniya"nın baş məşqçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Omoniya"nın baş məşqçisi Henninq Berq mətbuata açıqlama verib. 

Fanat.Az xəbər verir ki, norveçli mütəxəssis Kipr çempionatının son turunda "Pafos"la (1:1) görüşdən sonra təşkil olunan mətbuat konfransında "Qarabağ"dan da danışıb:

"Pafos"la oyunun nəticəsi və gedişatın bizə təsir etdiyinə inanmıram. Prinsipial qərarlarımız doğru idi, bu barədə heç nə demək olmaz. Çempionat oyunu barədə planlar qurarkən Konfrans Liqası barədə düşünmürdük. "Qarabağ"la oyunda da "Pafos"la görüşün nəticəsini düşünməyəcəyik. Müdafiədə yaxşıyıq, hücumda daha çox qol vurmaq istərdik. "Qarabağ" la oyunu səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Omoniya" sentyabrın 30-da "Qarabağ"ı qəbul edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər