"Omoniya"da növbəti itki: "Qarabağ"la oyunu buraxacaq

"Omoniya"da növbəti itki: "Qarabağ"la oyunu buraxacaq

Kipr "Omoniya"sının daha bir futbolçusu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.

Fanat.Az xəbər verir ki, zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə ev matçında meydana çıxmayacağı dəqiqləşib.

25 yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil. Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun "Qarabağ"la görüşdə iştirak etməyəcəyi açıqlanmışdı.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər