Olise "Real Madrid"ə keçir, ya yox?

Olise "Real Madrid"ə keçir, ya yox?

"Bayern Münhen"in fransalı ulduzu Maykl Olise gələcəyi ilə bağlı yekun qərarını rəhbərliyə çatdırıb.

Fanat.Az xəbər verir ki, "Sky DE" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı istedadlı vinger klubda qalmaq istədiyini rəhbərliyə bildirib.

Transfer şayiələrinə son qoyan bu addım Münhen təmsilçisinin rəhbərliyini və azarkeşlərini sevindirib. Onunla Madrid "Real"ı yaxından maraqlanırdı.

Olisenin komandadakı rolundan məmnun olduğu və yeni mövsümdə də "Bayern"in uğurları üçün tər tökmək niyyətində olduğu vurğulanır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər