"Olimpik Marsel" - "Qarabağ" oyununa hakim təyinatı

"Olimpik Marsel" - "Qarabağ" oyununa hakim təyinatı

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində "Olimpik Marsel" ilə Fransada keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, görüşü Monteneqrodan olan hakimlər briqadası idarə edəcək. 

Nikola Dabanoviçin baş hakim olacağı matçda Milovan Cukiç və Vladan Todoroviç yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Miloş Boşkoviç isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər