"Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun "Göztəpə"dəki taleyinə aydınlıq gəlib. Fanat.az xəbər verir ki, İzmir təmsilçisi Surinam əsilli hollandiyalını transferə çıxarsa da, yeni gələn baş məşqçi Okan Buruk onun komandada qalmasını istəyib.
Ancaq bunun üçün ilk növbədə yarımmüdafiəçi klubun təklifi ilə razılaşmalıdı. Belə ki, 2017-ci ilə qədər müqaviləsi olan Leroy növbəti mövsüm üçün maaşının 1 milyon 250 min türk lirəsindən 900 minə endirilməsini qəbul etməlidi. O, PTT 1-ci Liqa klubunun təklifi ilə razılaşsa, komandada qalacaq.
Qeyd edək ki, Leroy "Göztəpə"yə ötən mövsüm keçib.
Fanat.az