Məşqçilik karyerası ərzində bir çox böyük oyunçularla birgə işləmiş "Roma"nın baş məşqçisi Joze Mourinyu dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Livescore"yə danışan portuqaliyalı mütəxəssisin "dünyanın ən yaxşısı" adlandırdığı futbolçu nə “Real Madrid”də onun rəhbərliyi altında top qovan həmyerlisi Kriştianu Ronaldu, nə də "Qızıl top"un yeddiqat qalibi Lionel Messidir:
“Meydanda gördüyüm ən yaxşı oyunçu braziliyalı Ronaldodur. Zədələr onun karyerasını öldürdü. Halbuki, daha heyrətamiz nəticələr əldə edə bilərdi. İstənilən halda, bu oğlanın istedadı inanılmaz idi.
Kriştianu və Lionel Messinin daha uzun karyerası var. Onlar 15 ildir ki, yüksək səviyyədə oynayırlar. Amma ciddi şəkildə istedad və bacarıqdan danışırıqsa, onların heç biri braziliyalıdan yaxşı deyil. "Barselona"da Bobi Robsonla (baş məşqçi köməkçisi kimi) çalışarkən Ronaldonun həyatımda gördüyüm ən yaxşı oyunçu olduğunu başa düşdüm".