"Nyukasl" "Arsenal"ın planlarını poza bilər

"Nyukasl" "Arsenal"ın planlarını poza bilər

"Ayntraxt"ın futbolçusu Cibril Sou İngiltərənin 3 klubunun maraq dairəsindədir. 

Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. 

Daha öncə "Arsenal" Sounu heyətinə qatmaq fikrində idi. Artıq "Nyukasl"la "Nottinqem Forest" də yarımmüdafiəçinin izinə düşüb. 

26 yaşlı isveçrəli futbolçunun klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Sou Bundesliqa təmsilçisi ilə sözləşməni yeniləmək niyyətində deyil. Onun 15 milyon avroya satılacağı bildirilir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər