Noyer və Zane "Arsenal"a qarşı oynaya biləcəklərmi? - Açıqlandı

Noyer və Zane "Arsenal"a qarşı oynaya biləcəklərmi? - Açıqlandı

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Arsenal"ı qəbul edəcək "Bayern Münhen"in "topçular"a qarşı oynaması sual altında olan futbolçularının son vəziyyətlərinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, Almaniya nəhənginin baş məşqçisi Tomas Tuxel qapıçı Manuel Noyer və vinger Leroy Zanenin meydana çıxa biləcəklərini deyib.

Tuxelin sözlərini "Bayern & Germany" belə çatdırıb: "Noyer və Zane "Arsenal"a oynaya biləcəklər. Serj Qnabriyə gəlincə, müəyyən müddət gözləmək lazımdır". 

Qeyd edək ki, "Alyans Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tərəflərin ilk oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər