Nikolas Gelaşvili "Qarabağ"ı unutmayacaq

Nikolas Gelaşvili "Qarabağ"ı unutmayacaq
"Qarabağ" Nikolas Gelaşvilinin gedişini təsdiqləyib. Fanat.az xəbər verir ki, Ağdam klubu bu barədə rəsmi saytı vasitəsi ilə xəbər yayıb.
Bu gün tərəflərin ortaq məxrəcə gəlməsiylə "Qarabağ"la hələ 1 illik müqaviləsi olan gürcü forvardla saziş xitam verilib. Bir il əvvəl Almaniyanın "Bohum" klubundan transfer olunan 29 yaşlı forvard azad agent statusu alıb. 
Gürcüstan millisinin hücumçusu son olaraq öz fikirlərini klubun rəsmi saytına bildirib: "Qarabağ" çox yaxşı komandadı. Karyerama daha bir çempionluq əlavə etdim. Bu da hər zaman xoş xatirə kimi yaddaşımda qalacaq. Mənə dəstək verən hər kəsə öz təşəkkürümü bildirirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər