Nihat Kahveçi Arda Güləri İspaniya mətbuatına belə tanıtdı - VİDEO

Nihat Kahveçi Arda Güləri İspaniya mətbuatına belə tanıtdı - VİDEO

"Real Sosyedad"ın əfsanəvi oyunçularından sayılan türkiyəli veteran Nihat Kahveçi İspaniya mətbuatına danışıb.

Fanat.Az xəbər verir ki, Nihat "Barselona"nın hədəfində olan gənc ulduzla bağlı məlumat almağa çalışan həmkarlarımıza ispanca danışıb. Videogörüntünü "Sporarena" yayıb:  "Fənərbağça"nın sabiq baş məşqçisi Jorje Jesuş deyirdi ki, Arda daha çox fiziki inkişaf etməlidir. Məndən soruşsanız, onun artıq fiziki planda artırmağa ehtiyacı yoxdur. İstər 18, istərsə də 36 yaşında olsun, Arda artıq kifayət qədər məsuliyyət hissinə malikdir ki, çox vaxt sərf etsin və çoxlu qol vursun. O, "Barselona"nın B komandasında oynayacaq futbolçu deyil. Əslində belə bir təklifi qəbul edəcəyini düşünmürəm. Daha bir mövsüm "Fənərbağça"da qala bilər".   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər