Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

"Milan"ın yarımmüdafiəçisi Teyani Reynders onu sıralarına cəlb etməyi hədəfləyən iki klub - "Real Madrid" və "Mançester Siti" arasında seçim edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport France" yayıb.

Xəbərə görə, 26 yaşlı futbolçu Xosep Qvardiolanın rəhbərliyi altında İngiltərə nəhəngində oynamaq və inkişaf etmək istəyir. Mənbə "şəhərlilər"in artıq Reynderslə şəxsi müqavilə ilə bağlı ilkin razılığa gəldiklərini də vurğulayıb.

Qeyd edək ki, niderlandlı oyunçu cari mövsüm bütün turnirlərdə 53 matça çıxaraq 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Teyaninin transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər