"Neftçi"yə təklif edilən cənubi amerikalı forvard kimdir?

"Neftçi"yə təklif edilən cənubi amerikalı forvard kimdir?
Uruqvaylı hücumçu Kristian Tabo karyerasını Azərbaycan çempionu "Neftçi”də davam etdirə bilər.
 
Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçu paytaxt klubuna təklif olunan futbolçulardan biridir.
 
Qeyd edək ki, "Neftçi”nin baş məşqçisi Samir Abasov da klub televiziyasına açıqlamasında həm hücumçu, həm də digər mövqelərə yeni futbolçular axtardıqlarını söyləmişdi. "Ağ-qaralar”ın Tabo ilə bağlı qərarının necə olacağını zaman göstərəcək.
 
Peşəkar karyerasına Uruqvayın "Rasinq” (Montevideo) klubunda başlayan Tabo, ölkəsində "Nasional”ın da uğurları üçün çalışıb. Forvard 2015-2017-ci illər aralığında Meksika "Atlas”ında icarə əsasında top qovub. Kristian 2018-ci ildən Meksikanın digər təmsilçisi "Puebla”da çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər