"Neftçi"nin yeni transferinə ödəyəcəyi məbləğ bəlli oldu

"Neftçi"nin yeni transferinə ödəyəcəyi məbləğ bəlli oldu
"Neftçi"nin yeni transferi Bruno Teluşinin paytaxt klubunda qazanacağı məvacib məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə "Panoramasport" məlumat yayıb.
 
Nəşrin yaydığı xəbərə görə, flaqman albaniyalı dayaq yarımmüdafiəçisinə bir mövsüm üçün 100 000 avro ödəyəcək.
29 yaşlı oyunçu ilə mövsümün sonunadək sözləşmə bağlanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər