"Neftçi"nin yeni transferi: "Arzum Braziliya millisində oynamaqdı"

"Neftçi"nin yeni transferi: "Arzum Braziliya millisində oynamaqdı"
"Neftçi"yə menecerimin vasitəçiliyi ilə gəlmişəm. Təklif alandan sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadı. Bu isə təklifi qəbul etməyimdə kömək oldu".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Rener Alves De Souza klubun televiziyasına müsahibəsində deyib. 
19 yaşlı müdafiəçi bildirib ki, "Neftçi" onun Avropadakı ilk klubudu. Braziliyalı oyunçu Avropa Liqasındakı çıxışlarından çox şey gözlədiyini söyləyib: "İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq". 
Rener Alves De Souza şəxsi hədəfləri barəsində də danışıb: "Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdi. Ən böyük arzularımdan biri isə Braziliya milli komandasında oynamaqdı. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam".  
Qeyd edək ki, "Neftçi" Rener Alves De Souza ilə 2+1 illik müqavilə imzalayıb. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər