“Neftçi”nin yeni bazasında tikinti işləri dayanıb

“Neftçi”nin yeni bazasında tikinti işləri dayanıb
"Neftçi”nin Bakıxanov qəsəbəsində inşa etdirdiyi yeni bazada tikinti işləri dayanıb.
İşlərə ötən ilin oktyabr ayında start verilsə də, tikintiyə qeyri-müəyyən müddətə "stop" qoyulub.
Məlumata görə, buna maliyyə çatışmazlığının yaranması səbəb olub. Bazanın tikintisi üçün həm SOCAR-dan, həm də "Türk Hava Yolları"ndan büdcə ayırılsa da, klub rəsmiləri həmin vəsaitin komandanın xərclərinə və transferlərə sərf olunduğunu bildiriblər. Klubun ana sponsoru olan SOCAR-dan isə tikintinin dayandırılması göstərişi verilib. Tikinti işləri 2 ay bundan öncə dayanıb, lakin klub rəsmiləri hələlik məsələni mətbuatdan və azarkeşlərdən gizlədirlər.
Bazanın son olaraq 2019-cu ilin yayında təhvil veriləcəyi deyilmişdi. Lakin böyük ehtimalla, baza bu dəfə də deyildiyi vaxtda təhvil verilməyəcək.
Mənbə: Sportlife.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər