"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı

"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı
"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, O.Hüseynzadə iyulun 16-da "Valletta" (Malta) - "Düdelanj" (Lüskemburq) komandaları arasında keçiriləcək I təsnifat mərhələsinin cavab matçının UEFA nümayəndəsi olacaq. İlk qarşılaşmada heç-heçə yekunlaşıb - 2:2.
Qeyd edək ki, Hüseynzadə "Neftçi”nin prezidenti vəzifəsindən ötən il fevralın 16-da istefa verib. Hazırda kluba Kamran Quliyev rəhbərlik edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər