"Neftçi"nin sabiq futbolçusundan erməni deputata sərt cavab

"Neftçi"nin sabiq futbolçusundan erməni deputata sərt cavab
Türkiyəli veteran futbolçu Ali Cansun Xalqların Demokratik Partiyasının (HDP) erməni deputatı Qaro Paylanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı fikirlərinə cavab verib.
Fanat.Az xəbər verir ki, "Neftçi"nin sabiq hücumçusu millət vəkilini terrora dəstək verməkdə günahlandırıb.
 
O, fikirlərini sosial şəbəkə hesabı üzərindən paylaşıb: "Yəqin, bu da sizin taleyinizə yazılıb ki, hər zaman terrorun və terroçunun yanında olacaqsınız. Sənin qavrayış tərzini yesinlər. Azərbaycan erməni terrorçuları tərəfindən soyqırımına məruz qalmış və torpaqları işğal olunmuş ölkədir. Həmin ərazilər geri alınacaq".
Paylan hər iki ölkənin mülki vətəndaşları hədəf seçdiyini bildirərək onların atəşkəsə əməl etməli olduqlarını vurğulayıb.
Qeyd edək ki, Ali Cansun 2008/2009 mövsümündə "Neftçi"də çıxış edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər